Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı Rayon İcra Hakimiyyətinin Könüllüləri də xüsusi qayğıya ehtiyacı olan insanlara köməklik göstərirlər

0


  •      


            2020-ci ilin “Könüllülər ili” elan edilməsixalqımızın həmrəylinə, insanların bir-birinə kömək etməsinə, azərbaycançılıq ideyası ətrafında birləşməyimizə töhfədir. On minlərlə gənclərimiz bu hərəkata qoşularaq əsl vətənpərvərlik nümunəsi, sosial məsuliyyət göstərirlər. Dünyanı cənginə alan koronavirus pandemiyasının (COVİD-19) yoluxma hallarının ölkəmizdə də qeydə alındığı vaxtlarda “Könüllülər ili”nin əhəmiyyəti cəmiyyətdə daha çox fayda verir. Belə ki, gənclərimizin insanlara könüllü şəkildə kömək göstərmələri, ictimai işlərdə yaxından iştirak etmələri olduqca təqdirəlayiqdir. Bütün sahələrdə fəal mövqedən çıxış edən Azərbaycan gəncləri koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə mübarizədə də həmişə olduğu kimi ön cərgələrdə yer alırlar. 

             Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına, "Evdə qal" prinsipinə aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan insanların iradə nümayiş etdirməsində könüllülər ordusunun mənəvi dəstəyi böyükdür. 

             Dövlətimizin çağırışlarına töhfə vermək, yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edildi. Tezliklə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin çətiri altında “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar birləşdi.

            Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-də ölkədə xüsusi karantin rejimi elan edildiyi vaxtdan və ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Xocalı rayon İcra Hakimiyyətinin könüllülərindən yaradılmış qruplar rayonumuzda olan imtiyazlı xəstələrin dövlət tərəfindən təmin edilən dərman vasitələrinin paylanılmasında iştirak edirlər. Könüllülər müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan insanları ziyarət edir, bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər. Öz növbəsində köməklik göstərilən vətəndaşlar qayğıya görə, minnətdarlıqlarını ifadə edirlər. 

            Qeyd edək ki, may ayının 22-də talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyasında Xocalı rayon İcra Hakimiyyətinin könüllüləri də iştirak edəcəklər. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib47 dəfə
    Xocalı Rayon İcra Hakimiyyətinin Könüllüləri xüsusi qayğıya ehtiyacı olan insanlara köməklik göstərirlər

    Maraqlı gələ bilər
    127
    166
    59
    114